Curaradicalis

Curaradicalis latın dilindəki cura və radicalis sözlərindən yaranıb. Yəni radikal qayğı və ya şəfa deməkdir.

Azərbaycan dilindəki qayğı sözü türk mənşəli kadgu/qadğu sözündən gəlir və latın dilindəki cura kimi kədər, qəm, üzüntü və narahatlıq mənalarını daşıyır.

Qayğı bu dünyada yaşaya bilmək, onu qoruyub saxlamaq, davam etdirmək və bərpa etmək üçün sərf etdiyimiz əməkdir. Marksist-feminist dillə desək, sosial reproduksiyadır. Yəni qayğı həm şəfadır, həm etikadır, həm yükdür, həm köməkdir, həm də istehsalla yenidən istehsal arasındakı bölgünü mümkün edən ödənişsiz əməkdir.

Radikal sözü isə yaman qorxuludur. Onun mənasını sizə buraxıram.

Qayğını radikal edən, bəlkə də, elə onun öz içindəki ziddiyyətləri görməkdən başlayır. Çünki qayğı Molla Nəsrəddinin belinə mindiyi, amma sayanda unutduğu doqquzuncu eşşəkdir. Həmişə oradadır, yükü də daşıyır, amma nə görünür, nə də hesaba alınır.

Burada həmin əməyi görməyə və saymağa başlayacağıq.


Curaradicalis is derived from the Latin words cura and radicalis. It signifies radical care or healing.

The Azerbaijani word qayğı (care) originates from the Turkic term kadgu/qadğu; much like the Latin cura, it encompasses meanings such as sorrow, grief, sadness, and anxiety.

Care is the labor we expend to live in this world—to preserve, sustain, and restore it. In Marxist-feminist terms, this is “social reproduction.” In other words, care is simultaneously healing, an ethic, a burden, a form of assistance, and crucially, unpaid labor that enables the very division between production and reproduction.

As for the word “radical”—well, that is a rather frightening term. I shall leave its interpretation to you.

Perhaps what makes care “radical” begins with recognizing the contradictions inherent within it. For care is like the ninth donkey that Molla Nasreddin is riding, yet forgets to count: it is always there, bearing the load, yet it remains neither visible nor accounted for.

Here, we shall begin to see and account for that very labor.